Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində müvəqqəti saxlama yeri xidməti təşkil olunaraq fəaliyyət göstərir. Qeyd edilən Müvəqqəti saxlanma yeri şöbəsinə təyin olunmuş əməkdaşların bilik və peşə hazırlığının artırılması məqsədi ilə 15 fevral 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədək COVİD-19 xəstəliyi ilə əlaqədar olaraq distant (məsafədən) təhsilalma forması tətbiq edilməklə (“Zoom” proqramı vasitəsi ilə) təlim təşkil edilmişdir. 18 fevral 2021-ci il tarixdə müvafiq imtahan komissiyası tərəfindən təlimin dinləyiciərinin məqbulun qəbulu həyata keçirilmişdir. Təlimə cəlb edilmiş bütün əməkdaşların imtahan nəticələri müvəffəqiyyətli olmuşdur. İmtahan komissiyasının tərkibində Elm,innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev də olmuşdur.