XƏBƏRLƏR

“SABAH V Karyera Qış Məktəbi”ndə “Əmək qanunvericiliyi” mövzusunda təlim keçirilmişdir

    Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev tərəfindən SABAH V Karyera Qış Məktəbi çərçivəsində SABAH qruplarının 4-cü kurs tələbələrinə “Əmək qanunvericiliyi” mövzusuda təlim keçirilmişdir.

     Təlimin keçirilməsində əsas məqsəd tələbələrin iş həyatına hazırlanması, onların əmək sahəsində qarşıya çıxa biləcək problemlərə daha peşəkar yanaşmasının təmin olunmasıdır.

        Təlimdə:

  • - Əmək hüququnun tarixi
  • - Azərbaycan Respublikasının əmək qanunvericiliyi
  • - Əmək müqaviləsi
  • -Sınaq müddəti
  • - İşçinin və işəgötürənin əsas hüquq və vəzifələri
  • - İxtisarlar və s. mövzularda iştirakçılara məlumatlar verildi.

    Təlimin sonunda C.Mehdiyev mövzu ilə bağlı yaranmış sualları cavablandırdı və tələbələrə gələcək peşəkar həyatlarında uğurlar arzuladı.