“Vergitutmanın əsasları və vergi uçotu” mövzusunda təlim keçiriləcəkdir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində çox saylı istəklər nəzərə alınaraq,“Vergitutmanın əsasları və vergi uçotu” mövzusunda təlim keçiriləcəkdir. Təlim maliyyə və mühasibatlıq sektorunda fəaliyyətə başlamaq istəyən və fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub.
Təlimin başlama tarixi: 20.02.2021
Təlimin vaxtı: Hər şənbə günü saat 10:00-13:00
Kursun müddəti: 32 akademik saat (2 ay)
Təlimin proqramı:
Azərbaycan Respublikasının vergi qanunvericiliyi və vergi sistemi.
Vergi qanunvericiliyinin pozulması halları və bu hallarla bağlı qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri.
Fiziki şəxslərin gəlirlərinin bölgüsü, tətbiq edilən vergi dərəcələri.
Fiziki şəxslərin vergiyə cəlb edilən və edilməyən gəlirlərinin praktiki misallar əsasında izahı.
Hüquqi şəxslərin vergiyə cəlb edilən gəlirləri (mənfəəti), tətbiq edilən vergi dərəcələri. Hüquqi şəxslərin vergiyə cəlb edilən və edilməyən gəlirlərinin(mənfəətinin) praktiki misallar əsasında izahı.
Gəlirdən çıxılan və çıxılmayan xərclər. Amortizasiya və təmir xərclərinin gəlirdən çıxılmasının praktiki aspektləri. Rezident və qeyri-rezident (hüquqi və fiziki) şəxslərin ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirləri.
Müəssisələr və fərdi sahibkarlar tərəfindən gəlirlərin və xərclərin uçotunun aparılması qaydası (kassa və hesablama metodlarına əsasən). Cari vergi ödəmələri.
Əlavə dəyər vergisinin mahiyyəti. Vergi ödəyiciləri. Qeydiyyat və qeydiyyatın ləğvi.
Vergitutma obyekti və vergitutma bazası.
Dəqiqləşdirilməli olan dövriyyələrin praktiki misallar əsasında izahı.
ƏDV-yə (18 və 0 % dərəcə ilə) cəlb edilən və ƏDV-dən azad edilən əməliyyatlar. ƏDV-yə cəlb edilən əməliyyatların vaxtının və yerinin müəyyən edilməsi.
Qeyri-rezidentlər üzrə aparılan ödənişlərin ƏDV-yə cəlb edilməsi.
Vergi tutulan əməliyyatlar üzrə büdcəyə hesablanmalı və əvəzləşdirilməli olan ƏDV. ƏDV- bəyannaməsinin praktiki məlumatlar əsasında BTP proqram təminatı ilə ofline rejimdə tərtib olunması və göndərilməsi. ƏDV ödənişləri üzrə büdcə ilə hesablaşmalar.
Hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergilərinin hesablanması və ödənilməsi.
Sadələşdirilmiş verginin ödəyiciləri. Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə sadələşdirilmiş verginin hesablanması və ödənilməsi.
Nağdsız hesablaşmaların aparılması zamanı vergitutma məsələləri. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın praktiki izahı.
Pandemiya şəraitində tətbiq edilən müvəqqəti vergi rejimi. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”.
Təlimçilər:
Vergi qanunvericiliyinin tədirisi şöbəsinin dosenti Rəşad Əhmədov.