XƏBƏRLƏR

“Vergi ödəməkdən yayınmanın kölgə iqtisadiyyatına təsiri:-beynəlxalq-hüquqi aspekt” mövzusunda Elmi seminar keçirilmişdir.

29 oktyabr 2020-ci il tarixində Vergi inzibatçılığının tədrisi şöbəsinin təşkilatçılığı ilə “Vergi ödəməkdən yayınmanın kölgə iqtisadiyyatına təsiri:-beynəlxalq-hüquqi aspekt” mövzusunda onlayın formasinda Elmi seminar keçirilmişdir.

Elmi seminarda məruzə edən Vergi inzibatçılığının tədrisi şöbəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Zahir Babayev Kölgə iqtisadiyyatı və bu iqtisadiyyatın vergidən yayınma hallarına təsiri, Kölgə iqtisadiyyatı ilə beynəlxalq-hüquqi mübarizənin üsul və vasitələri barədə geniş məruzə ilə çıxış etmişdir. Elmi seminarda çıxış edən Tədris Mərkəzinin əməkdaşları, o cümlədən Hüquq elmləri doktoru Nazim Əliyev, İqtisadiyyat üzrə fəlsəfə doktoru Ramiz Məhərrəmov, İqtisadiyyat üzrə fəlsəfə doktoru Malik Əkbərov, İqtisadiyyat üzrə fəlsəfə doktoru İmran Qarayev və başqaları Elmi seminara çıxarılan mövzunun aktuallığını və mühüm əhəmiyyət daşıdığını xdüsusi ilə qeyd etmişlər.

Daha sonra mövzu ətrafında geniş müzakrə aparılaraq Kölgə iqtisadiyyatı ilə istər beynəlxalq, istərsə də milli səviyyədə aparılan mübarizə üsulları barədə geniş fikir mübadiləsi aparılmışdır.