XƏBƏRLƏR

“Beynəlxalq mühasibat uçotunun əsasları (F3)” mövzusunda təlim keçirilib

11-12 noyabr 2020-ci il tarixlərində  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində vergi orqanının əməkdaşları üçün Zoom proqramı vasitəsilə “Beynəlxalq mühasibat uçotunun əsasları (F3) “ mövzusunda təlim keçirilmişdir. Təlim Mərkəzin İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin dosenti Qalib Tanrıverdiyev və Vergi inzibatçılığının tədrisi şöbəsinin müəllimi Azər Məmmədov tərəfindən aparılmışdır.

Təlim aşağıdakı mövzular üzrə keçirilmişdir:

  • Maliyyə uçot məzmunu və məqsədi, Maliyyə hesabatlarına giriş.Maliyyə uçotunun əsas prinsipləri. Mühasibat Uçotunun Beynəlxaq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları haqqında ümumi məlumat;
  • Mühasibat Uçotu haqqında qanunun tələbləri. Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları;
  • İkili müxabirləşmələr və balansın formulası.Baş kitab, dövriyyə cədvəli və jurnal anlayışları.Dövriyyə cədvəlinin hazırlanması və ona düzəlişlər.Bank hesabları ilə üzləşmələr;
  • Ehtiyatların  uçotu və qiymətləndirilməsi. Əsas vəsaitlər və Qeyri-maddi aktivlərin uçotu və qiymətləndirilməsi, amortizasiyanın metodları;
  • Debitor və kreditor  borcların uçotu. Şübhəli, ümidsiz borclar və onlara ehtiyatın yaradılması. Ehtiyat fonduna ayırmalar, şərti öhdəliklər və şərti aktivlər;
  • Əsas maliyyə hesabatlarının hazırlanması. Qrup anlayışı. Konsolidə olunmuş Balans.Konsolidə olunmuş Mənfəət/Zərər hesabatı. Maliyyə hesabatlarının analizi.  

Təlim prosesində dinləyicilər tərəfindən praktiki məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdı. Dinləyicilər mühasibatlığın praktikada tətbiqi məsələlərinin onlar üçün əhəmiyyətli olduğunu qeyd etdilər.