XƏBƏRLƏR

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 90 illik yubileyi münasibətilə təbrik ünvanlanmışdır

Tədris Mərkəzinin elm və təhsil sahəsində əməkdaşlıq etdiyi Qafqazın ali iqtisad təhsili ocaqlarından biri, Azərbaycan elminin, təhsilinin və iqtisadiyyatının inkişafında mühüm xidmətləri olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 19 iyun 2020-ci ildə 90 illik yubileyi tamam olur. Ötən dövr ərzində uğurlu nailiyyətləri ilə zəngin, şərəfli bir tarixi yol keçmiş bu qocaman təhsil ocağının ölkə iqtisadiyyatının, o cümlədən vergi sisteminin yüksək ixtisaslı mütəxəssislərlə təmin edilməsində müstəsna rolu olmuşdur.

Yubiley münasibəti ilə Tədris Mərkəzinin rəhbərliyi tərəfindən xalqımızın milli sərvətləri siyahısında özünəməxsus yeri olan UNEC-in kollektivinə gələcəkdə də öz tarixi missiyasına sadiq qalaraq, ölkə iqtisadiyyatının davamlı inkişafı üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi, dünyanın innovativ təhsil sisteminə inteqrasiya olunması, elm və təhsilimizin ölkə hüdudlarından kənarda tanıdılması sahəsində görülən işlərin uğurla davam etdirilməsi arzusunu əks etdirən təbrik məktubu ünvanlanmışdır.