Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” üzrə təlim kurslarının təşkili və keçirilməsi barədə müvafiq əmrləri ilə Tədris Mərkəzinin Bakı şəhərində yerləşən binasında 27 yanvar 2020-ci il tarixdən 5 mart 2020-ci il tarixədək olan müddətdə dövlət vergi orqanlarına müsabiqə ilə işə qəbul edilmiş stajçı əməkdaşlar üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə ilkin peşə hazırlığı təlimləri təşkil edilmiş və təlimlərə müxtəlif funksional fəaliyyət istiqamətləri üzrə 42 stajçı əməkdaş cəlb edilmişdir.
Təlim zamanı vergi qanunvericiliyinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, ümumiqtisadi mövzular, əməkdaşların funksional (ixtisas) fəaliyyət istiqamətləri üzrə vergi inzibatçılığının tətbiqinin spesifik xüsusiyyətləri ilə əlaqədar mövzular, mühasibat uçotu, iqtisadi sahədə hüquqi tənzimləmə, vergi orqanlarında xidmətkeçmə, “Microsoft Excel ” proqramı, AVİS-in müvafiq alt sistemindən istifadə qaydaları, Ünsiyyət bacarıqları və insan resurslarına aid olan qayda və proseslər tədris olunmuşdur.
Təlimə ümumilikdə 372 tədris saatı ayrılmışdır. Bunun 196 saatı (52,7%) Tədris Mərkəzinin əməkdaşları, 168 saatı (45,2%) Vergilər Nazirliyinin və aidiyyəti strukturların əməkdaşları və 8 saatı (2,1%) isə kənar mütəxəssislər tərəfindən tədris edilmişdir.
3 və 4 mart 2020-ci il tarixlərdə “Peşə fəaliyyətinin ümumi əsasları” istiqaməti üzrə təlimlərə cəlb edilmiş stajçı əməkdaşlar tərəfindən əvvəlcədən seçilmiş sərbəst mövzuların təqdimatı keçirilmişdir. Təqdimatda 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Məmmədova Aysu Elbrus qızı, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi Cahangirov Tural Famil oğlu, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 3-cü şöbəsinin dövlət vergi müfəttişi Sərxanlı Səbuhi Allahverdi oğlu, həmin Baş idarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişləri Əhmədov Rəvan Elman oğlu və Nuriyeva Türkay Nəsimi qızı, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi Əliyev Eldar Çingiz oğlu, 10 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişləri Ağayev Fərid Rəmzi oğlu və Əhmədov Əli Vidadi oğlu və 3 saylı Ərazi Vergilər İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi Zeynalov Elşən İlham oğlu sərbəst mövzu təqdimatı zamanı xüsusilə fərqlənmişlər.
Kursun yekunu üzrə, 5 mart 2020-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə qiymətləndirmə keçirilmişdir. Qiymətləndirmə prosesində iştirak etmiş 40 nəfər stajçı əməkdaşlardan 5 nəfəri “əla” (91% və daha yuxarı – 12,5%), 22 nəfəri “yaxşı” (81–90% - 55%), 11 nəfəri “kafi” (70–80% - 27,5%) və 2 nəfəri “qeyri-kafi” (70% və daha aşağı - 5%) qiymət almışlar. 2 nəfər əməkdaş üzürlü səbəbdən imtahanda iştirak edə bilməmişdir.
Ən yüksək nəticəni (93%) 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Məmmədova Aysu Elbrus qızı əldə etmişdir.
Stajçı dinləyicilər arasında 13 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi İsmayılov Fərid Səfər oğlunun ilkin sınaq qiymətləndirməsi ilə (40%) yekun qiymətləndirilməsi (81%) arasındakı artım fərqi +41 bənd olmuşdur.
Qeyd edək ki, təlim prosesinin mütəmadi monitorinq olunması məqsədilə cari ilin yanvar-mart ayları ərzində dinləyicilər arasında təlim prosesi və təlimçilərin qiymətləndirilməsi həyata keçirilmişdir (əlavə olunur). Vergi auditi Baş İdarəsinin Audit şöbəsinin baş dövlət vergi müfəttişi Hüseynzadə Dəyanət Telman oğlu, Qeydiyyat baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili şöbəsinin baş hüquqşünası Hüseynova Lalə Firuz qızı və İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Vergi ödəyicilərinin uçotu idarəsinin Uçotun təşkili şöbəsinin baş dövlət vergi müfəttişi Məmmədov Şöyüb Kamil oğlu dinləyicilər tərəfindən ən peşəkar təlimçi kimi qiymətləndirilmişdir.