XƏBƏRLƏR

“Dövlət vergi orqanlarında icra intizamına nəzarət və kargüzarlıq işinin təşkili” istiqaməti üzrə ixtisasartırma kursları başlamışdır

Vergilər Nazirliyinin müvafiq əmri ilə Tədris Mərkəzində 23 iyun 2016-cı il tarixdən başlayaraq “Dövlət vergi  orqanlarında icra intizamına nəzarət və kargüzarlıq işinin təşkili” istiqamətində ənənəvi təhsilalma forması tətbiq edilməklə ixtisasartırma kursu başlamışdır.

İxtisasartırma kursuna Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin, 11 saylı, 12 saylı Ərazi Vergilər Departamentlərinin, 4 saylı, 6 saylı, 9 saylı və 10 saylı Ərazi Vergilər İdarələrinin əməkdaşları cəlb edilmişlər.

Tədris prosesində vergi qanunvericiliyinin nəzəri və praktiki aspektləri,  vergi inzibatçılığı, ümumi mövzular və funksional fəaliyyət istiqamətləri üzrə aidiyyəti mövzular tədris olunacaqdır.

Tədris prosesində əməkdaşların ixtisas (fəaliyyət) sahəsi üzrə peşə hazırlığına xüsusi diqqət yetirilir.

İxtisasartırma kursu 13 iyul 2016-cı il tarixədək davam edəcək.