XƏBƏRLƏR

Tədris Mərkəzində yeni təlim metodundan istifadə olunmuşdur

28 fevral 2019-cu il tarixində Dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün təşkil edilmiş “Peşə fəaliyyətinin ümumi əsasları” kursunda təlim prosesinin tərkib hissəsi kimi “İqtisadi sahədə hüquqi tənzimləmə” təlim blokuna daxil edilmiş təlim prosesində stajçı əməkdaşların bu sahədəki bilik və bacarıqlarının nümayiş etmələri üçün yeni təlim metodundan istifadə edilmişdir.

 Belə ki, Vergi inzibatçılığının tədrisi şöbəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Zahir Babayevin apardığı təlim prosesində stajçı əməkdaşlar bir neçə qrupa ayrılaraq onlara verilmiş və özündə bir neçə şərti halı birləşdirən hüquqi kazuslar üzərində birgə müzakirə apararaq, şərti vergi ödəyicilərinin yol verdikləri iqtisadi hüquqpozmalara hüquqi qiymət verərək, həmin hüquqpozmaların rəsmiləşdirilməsi və şərti təşkil edilmiş məhkəmə prosessində iddia qaldıraraq iddia tələbi ilə çıxış etmişlər. 

Bununla da stajçı əməkdaşlar bu sahədə öz biliklərini sınamış və tədris prosesində əldə etdikləri biliklərin real təcrübədə tətbiq etmə sahəsində bacarıqlarını nümayiş etdirmişlər. Sonda təlim prosesi birgə müzakirə ilə yekunlaşmışdır.