26 sentyabr 2019-cu il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin Bakıda yerləşən inzibati binasında, 27 sentyabr 2019-cu il tarixdə Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında “Vergi orqanlarında daxili nəzarət sisteminin təşkili Qaydaları” mövzusunda təlim keçirilib.
Təlimdə təlimçi qismində Daxili təhlükəsizlik baş idarəsinin Daxili audit şöbəsinin böyük dövlət müfəttişi Məmmədov Rövşən Tofiq oğlu və həmin şöbənin böyük dövlət müfəttişi Abdullayev Elşən Mehman oğlu iştirak edib.
Təlimin 1-ci hissəsində təlim iştirakçılarına "Vergi orqanlarında daxili nəzarət sisteminin təşkili Qaydaları" barədə təqdimat formasında ətraflı məlumat verilib, Qaydaların tələblərindən irəli gələn məqamlara aydınlıq gətirilib, iş prosesində qarşıya çıxmış məsələlərin həlli istiqamətləri göstərilib.
Təlimin 2-ci hissəsində təlim iştirakçılarına “Nəzarət-yoxlama hərəkətlərinin nəticələrinin rəsmiləşdirilməsində yol verilən nöqsanlar” barədə ümumi məlumat verilib, 2018-ci ildə və 2019-cu ilin birinci yarımilliyində daxili nəzarət hərəkətlərinin rəsmiləşdirilməsi zamanı yol verilən nöqsanlar müzakirə edilib, gələcəkdə oxşar nöqsanlara yol verilməməsi üçün təkliflər araşdırılıb.
Daha sonra dinləyiciləri maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.