XƏBƏRLƏR

Tədris Mərkəzində “Stressə davamlılıq, stressin idarə edilməsi” mövzusunda qısamüddətli təlim keçirilib

23-24 sentyabr 2019-cu il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində "Stressə davamlılıq, stressin idarə edilməsi" mövzusunda təlim keçirilib. Təlimdə təlimçi qismində Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinin Təhsil və inkişaf şöbəsinin baş mütəxəssisi Vahid Məsimov çıxış etmişdir.

Təlim iştirakçılarla tanışlıqla başlayıb. Daha sonra təlimçi Vahid Məsimov təlimin gündəlik həyatımızda və karyeramızda qarşılaşacağımız ilkin stresslə hansı şəkildə mübarizə aparamağımız barədə nəzəri biliklər və praktiki bacarıqlarla zəngin olacağını vurğulamışdır. Əlavə olaraq, təsirli və effektli şəkildə stressi idarə etmə texnikalarından, stressə qarşı davamlılığı artırmaq üçün istifadə olunacaq üsullardan bəhs ediləcəyini bildirilmişdir.

Təlim zamanı interaktiv təlim üsulundan istifadə edilərək, iştirakçıların praktiki müzakirə qruplarında qrup işlərini təqdim etməsi də reallaşıb.

Təlimdə dinləyici qismində iştirak edən vergi orqanlarının əməkdaşları ilə qrup işləri aparıılıb, həmçinin bir sıra stress testlərdən istifadə edilərək onların stress səviyyəsi ölçülmüşdür.

Yekunda iştirakçılar tərəfindən verilən suallar Vahid Məsimov tərəfindən cavablandırılıb.