XƏBƏRLƏR

“Peşə fəaliyyətinin ümumi əsasları” təlim modulu üzrə təlimlərə başlanmışdır

Azərbaycan Respublikası vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları”na uyğun olaraq dövlət vergi orqanlarına müsabiqə ilə işə qəbul edilmiş əməkdaşlar üçün 31 may 2016-cı il tarixdən 6 iyun 2016-cı il tarixədək olan müddətdə əyani təhsilalma sistemi tətbiq edilməklə “Peşə fəaliyyətinin ümumi əsasları” təlim modulu üzrə ilk təlim keçirilmişdir.

Bu təlim modulunun məqsədi dinləyicilərə dövlət vergi orqanlarının fəaliyyət istiqamətləri və vəzifələri, aparılan vergi siyasəti, əməkdaşların ümumi hüquqları və vəzifələri, onların iş prosesində riayət etməli olduğu ümumi qaydalar, o cümlədən etik davranış normaları və təlimatlar barədə bilikləri təqdim etməkdən ibarətdir.

Təlim zamanı Azərbaycan Respublikasının  vergi sistemi,  vergi xidməti əməkdaşlarının xidmət keçmə, geyim daşıma və sıra baxışı qaydaları, əməkdaşlarının etik davranış məsələləri, daxili xidməti intizam və məsuliyyət məsələləri, kargüzarlıq işlərinin aparılması və vətəndaş müraciətlərinə baxılması məsələləri, korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət məsələləri, dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə və əmək qanunvericiliyinin tətbiqi məsələləri,  dövlət büdcəsi və vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi orqanlarında məlumat təhlükəsizliyinin təmin edilməsi, “Onlayn təlim” sistemi,  e-kitabxana və beynəlxalq vergi informasiya platformasından istifadə prosedurları dinləyicilərin diqqətinə çatdırılmışdır.

Təlimin sonunda imtahan keçirilmiş, imtahandan müvəffəqiyyətlə keçənlərə sertifikatlar verilmişdir.