Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə 2019-cu il 13 sentyabr tarixində “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransda iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş ACCA-nin Ukrayna, Belarusiya və Qafqaz ölkələri üzrə rəhbəri Canetta Onisçuk ilə Tədris Mərkəzinin elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımovun və Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsi rəisinin müavini Nərgiz Muradovanın arasında sentyabrın 12-də keçirilən təkrar görüşdə birgə əməkdaşlıq məsələlərinin təfərrüatları müzakirə edilib. Görüşü giriş nitqi ilə açan Mirəli Kazımov Canetta Onisçuk ilə ilk görüşdən sonra iki tərəf arazında əldə olunacaq əməkdaşlıq üzrə görülən işlərdən danışıb. Görüş zamanı Vergi orqanlarında aparılan islahatlar, vergi orqan və vergi ödəyicisi arasındakı münasibətlərin qarşılıqlı inama əsaslanması yolunda görülən tədbirlərdən bəhs edən Nərgiz Muradova vergi ödəyiciləri arasında mühasibat uçotunun düzgün aparılmasının əhəmiyyətini vurğulamışdır. Nərgiz Muradova ACCA sertifikatının maliyyə və mühasibatlıq sektorunda önəmli rolu olduğunu qeyd edərək, ACCA sertifikat proqramının son illər ölkəmizdə kadr potensialının gücləndirilməsində böyük önəmə sahib olduğunu demişdir. Kadr potensialının gücləndirilməsinin Vergilər Nazirliyinin əsas prioritet istiqamətlərindən biri olduğunu bildirən Nərgiz Muradova, vergi orqanı əməkdaşlarının ACCA kurslarında təlim keçmələrinin böyük töfhələr verəcəyinə inamını ifadə etmişdir. Sonda Tədris Mərkəzinin öz təlim modulları da daxil olmaqla bütöv ACCA kurslarını tədris etməsi üzrə əməkdaşlıq işlərinin rəsmiləşdiriməsini nəzərdə üçün tutan məsələlərə toxunulmuşdur.