XƏBƏRLƏR

Elmi-tədqiqat bölməsi tərəfindən Qanun layihəsi ilə bağlı elmi seminar təşkil olunmuşdur

Tədris Mərkəzinin Elmi-tədqiqat bölməsi tərəfindən 10 sentyabr 2019-cu il tarixdə Vergilər Nazirliyinin Hüquq baş idarəsi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə”  Qanun layihəsinin müzakirəsinə həsr olunmuş elmi seminar təşkil edilmişdir.

             Mərkəzin rəisinin 1-cü müavini Ceyhun Mehdiyev, elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov və Elmi-tədqiqat bölməsinin rəisi Nazim Əliyev hazırlanmış Qanun layihəsi üzrə çıxışlar etmiş, Mərkəzin əməkdaşlarının layihənin müddəaları ilə bağlı suallarını cavablandırmışlar.

            Mərkəzin Elmi-tədqiqat bölməsi tərəfindən qeyd edilən qanun layihəsinə dair işlənib hazırlanmış təkliflər seminar iştirakçılarının müzakirəsinə çıxarılmışdır. Bu barədə hazırlanmış yekun sənəd Vergilər Nazirliyinin müvafiq strukturuna təqdim edilmişdir.