Dövlət vergi orqanlarına müsabiqə yolu ilə işə qəbul edilmiş əməkdaşlar üçün 14.08.2019-cu il tarixdən 24.10.2019-cu il tarixədək olan müddətdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında ənənəvi təhsil sistemi tətbiq edilməklə “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda 3 təlim kursu keçirilməkdədir. Kurs müddətində tədris-mövzu planına əsasən dinləyicilərə ümumi iqtisadiyyat, mühasibatlıq, vergi qanunvericiliyi və vergi inzibatçılığı sahələrinin tədrisi ilə yanaşı onlarla bir sıra sosial-mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu cür tədbirlərdən biri də 30.08.2019-cu il tarixdə Şamaxı rayonu, Nağaraxana kəndində baş tutmuşdur. Yaşıllıq zolaqlarının artırılması məqsədilə keçirilmiş ağacəkmə tədbirində təlimlərə cəlb edilən dövlət vergi orqanlarına müsabiqə yolu ilə işə qəbul edilmiş 78 nəfər əməkdaş iştirak etmişdir.