“Dövlət vergi orqanlarında müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların sertifikatlaşdırılması Qaydaları”na uyğun olaraq 9 iyun 2016-cı il tarixdə Tədris Mərkəzində “Vergi ödəyicilərinin uçotu” və “Operativ vergi nəzarəti” fəaliyyət sahələri üzrə “Vergi inzibatçılığı” təlim bloku üzrə imtahan keçirilmişdir. İmtahanda “Vergi ödəyicilərinin uçotu” fəaliyyət sahəsi üzrə 7 nəfər, “Operativ vergi nəzarəti” fəaliyyət sahəsi üzrə isə 18 nəfər olmaqla cəmi 25 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.
İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 12 nəfəri 1-ci dərəcəli, 11 nəfəri 2-ci dərəcəli, 2 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır. Qaydalara əsasən, imtahanların yekun nəticəsinə görə 91–100% nəticə göstərmiş əməkdaşa 1-ci dərəcəli, 81–90% nəticə göstərmiş əməkdaşa 2-ci dərəcəli və 70–80% nəticə göstərmiş əməkdaşa isə 3-cü dərəcəli sertifikat verilir.