31 iyul 2019-cu il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzinin “İqtisadiyyat və Menecment” kafedrasının “ Vergi siyasəti və iqtisadi inkişafın yeni mənbələri: Qloballaşma və bilik əsaslı kapital“ mövzusunda açıq elmi seminarı keçirilmişdir.
Seminarda mövzu üzrə “İqtisadiyyat və menecment “ kafedrasının müdiri İmran Qarayev çıxış etmişdir. Seminarda aşağıdakı əsas istiqamətlər üzrə müzakirələr aparılmışdır:
Müasir qloballaşan dünya iqtisadiyyatında bilik əsaslı kapitalın formalaşması davamlı iqtisadi inkişafın əsas təməl prinsipi hesab olunur. Seminarda bilik əsaslı kapitalın formalaşmasında vergi siyasətinin roluna xüsusi yer verildi. Beynəlxalq aləmdə bu sahədə aparıcı ölkələrin təcrübələrindən nümunələr gətirildi. Azərbaycanda vergi qanunvericiliyi sahəsində innovasiya fəaliyyətinə verilən güzəştlər və vergi azadolmaları təhlil edildi.