XƏBƏRLƏR

Vergi borclarının alınması sahəsində çalışan əməkdaşlar üçün sertifikatlaşdırma təlimləri başladı

May ayının 24-də “Dövlət vergi orqanlarında müvafiq fəaliyyət sahələri üzrə çalışan əməkdaşların bilik və bacarıqların sertifikatlaşdırılması Qaydaları”na əsasən vergi borclarının alınması sahəsində çalışan vergi orqanının əməkdaşları üçün  “Vergi qanunvericiliyi” modulu üzrə onlayn təlim başlamışdır. Təlimə bu sahədə çalışan 40 nəfər vergi orqanı əməkdaşıcəlb edilmişdir. Təlim prosesində vergilər üzrə borcların alınması qaydası, vergi öhdəliklərinin yerinə yetirilməsi, artıq ödənilmiş vergilərin qaytarılması, əmlakın siyahıya alınması, ayrı-ayrı vergi növləri üzrə müddəalar və Vergi Məcəlləsində nəzərdə tutulmuş digər məsələlər tədris olunacaqdır. Təlimin birinci mərhələsi üzrə 10 iyun 2016-cı il tarixdə imtahan təşkil ediləcək.

İmtahandan uqurla keçən əməkdaşlar (nəticələri 70%-dən yüksək olanlar) “Vergi inzibatçılığı” adlı ikinci təlim blokunda iştirak edəcəklər.