XƏBƏRLƏR

Tələbələrlə görüşlər keçirilib

Dövlət vergi orqanlarına xidmətə qəbulla əlaqədar respublikanın bir çox ali təhsil müəssisələrinin iqtisad yönümlü ixtisaslarında təhsil alan tələbə və magistrlərlə görüşlər təşkil edilir, ölkənin vergi sistemi və vergi siyasəti, o cümlədən ərazi üzrə yerləşən dövlət vergi orqanlarının iş fəaliyyəti ilə bağlı məlumatlandırma xarakterli tədbirlər həyata keçirilir.

Mayın 17-də Gəncə Dövlət Universitetində və Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüş keçirilib. Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktorunun müavini Nərgiz Muradovanın, həmin departamentin Təhsil və inkişaf şöbəsinin baş mütəxəssisi Vahid Məsimovun,  Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinin əlaqələndirmə şöbəsinin şöbə rəhbəri Altay Rəhimovun, Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyevin, Mərkəzin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müəllimi Orxan Balayevin, iştirakı ilə keçirilmiş görüşlərin başlıca məqsədi dövlət vergi orqanlarında xidmət, işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi ilə bağlı gəncləri maarifləndirmək olub. Tədbir zamanı tələbələrə Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.