XƏBƏRLƏR

Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti ilə görüş keçirilmişdir.

Fevralın 28-də Vergilər Nazirliyinin əməkdaşlarının Sumqayıt Dövlət Universitetinin  müəllim və tələbə heyəti ilə görüşü keçirilmişdir.

Tədbirdə Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktorunun müavini Kamran Məmişov, Tədris Mərkəzinin baş müəllimləri Azər Mustafayev və Anar Mirzəyev iştirak etmişdir.

Tədbirin əsas məqsədi gəncləri Vergilər Nazirliyinin kadr siyasəti ilə məlumatlandırmaq, onları gələcəkdə vergi orqanlarında çalışmağa həvəsləndirmək və müvafiq sahə üzrə maarifləndirmək olmuşdur.

          Tədbiri Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Aynurə Yəhyayeva açaraq qonaqları salamladı və onları universitetdə görməkdən məmnunluğunu bildirdi. Daha sonra universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov tədbirin əhəmiyyətini qeyd etdi və belə maarifləndirmə tədbirlərinin davamlı olmasında maraqlı olduqlarını qeyd etdi.

          Tədbirdə Kamran Məmişov Vergilər Nazirliyinin kadr siyasəti, Anar Mirzəyev gənclərin peşə hazırlığının artırılması istiqamətində Tədris Mərkəzində görülən işlər, Azər Mustafayev isə vergi qanunverciliyinə edilmiş son dəyişiklər mövzularında təqdimatlarla çıxış etdilər. Təqdimatların sonunda verilən suallar Vergilər Nazirliyinin əməkdaşları tərəfindən cavablandırıldı.