XƏBƏRLƏR

Yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması, istifadəsi və tətbiqi ilə bağlı təlim keçirilib

Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi məqsədilə Vergilər Nazirliyi tərəfindən “Yeni nəsil nəzarət-kassa aparatlarının (Proqram təminatlı NKA, planşet və smartfon tipli) quraşdırılması, istifadəsi və tətbiqi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planının icrası ilə əlaqədar olaraq Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən yeni nəsil NKA-dan istifadənin mənimsənilməsi məqsədilə operativ vergi nəzarəti və vergi ödəyicilərinə xidmət sahələrində çalışan dövlət vergi orqanlarının rəhbər (idarə direktoru və ya şöbə rəhbəri) vəzifəli şəxsləri üçün 26 dekabr 2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin inzibati binasında qısamüddətli təlim keçirilib.

Təlimdə Vergilər Nazirliyinin aparatının, Vergilər Nazirliyi yanında departamentlərin və ərazi vergi orqanlarının aidiyyəti struktur bölmələrindən 37 nəfər vergi orqanının rəhbər vəzifəli şəxsləri iştirak edib.

Təlimdə təlimçi qismində Tədris Mərkəzinin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müəllimi Orxan Balayev iştirak edib.

Təlim zamanı “E-kassa nədir, üstünlükləri və tətbiqini zəruri edən amillər”, “E-kassa sistemlərinə olan tələblər (ümumi tələblər, E-kassa sistemlərinin təsnifatı və quruluşu, E-kassa çeki, Token, Real vaxt, təqvim və məbləğin nizamlanması, E-kassanın göstəriciləri, zavod nömrəsi, POS-terminal, nağdsız ödənişlər, Xəzinədarlara olan tələblər, istismar şərtləri, enerji mənbəyi və digər funksiyalar, qorunma (mühafizə) səviyyələri, E-kassadan istifadənin xüsusiyyətləri)” və “E-kassanın operatoru (E-kassa operatorunun qeydiyyatı və sertifikasiyası,E-kassanın satışı, qeydiyyatı və təmiri, Tokenin qeydiyyatı proseduru həmçinin müvəqqəti qeydiyyat, E-kassanın reyestrə daxil edilməsi proseduru)” kimi mövzular və bu mövzular üzrə yaranan suallar müzakirə edilib.