XƏBƏRLƏR

Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup tələbəsi üçün seminar təşkil edilmişdir.

13 noyabr 2018-ci il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup tələbəsi üçün seminar təşkil edilmişdir. Seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə təhsil alan 30-dan çox tələbəsi iştirak etmişdir

Tədbiri giriş nitqi ilə açan Mərkəz rəisinin birinci  müavini Ceyhun Mehdiyev Mərkəzin gənclər üçün yaratdığı geniş imkanlardan bəhs etmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Cəlil Əhmədov  gənclər üçün təşkil edilmiş praktiki seminara görə Tədris Mərkəzinin rəhbərliyinə və əməkdaşlarına öz  təşəkkürünü bildirmişdir.

Tədbirdə Tədris Mərkəzinin  İqtisadiyyat və menecment kafedrasının baş müəllimi Anar Mirzəyev Mərkəzin fəaliyyəti haqqında tələbələri məlumatlandırmışdır. Daha sonra Vergi metodologiyası kafedrasının dosenti Rəşad Əhmədov “Vergi hesabatlarının praktiki məlumatlar əsasında onlayn rejimdə tətbiqi və göndərilməsi”, Vergi qanunvericiliyi və təsərrüfat hüququ  kafedrasının  müəllimi  Orxan Balayev isə “Elektron uçotla bağlı inzibati reqlamentlər”mövzusunda tələbələrə seminar keçmişdir.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar Tədris Mərkəzinin müəllimləri tərəfindən cavablandırılmışdır.