XƏBƏRLƏR

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Vergi inzibatçılığı” dərsliyini həftənin kitabı seçib

Azərbaycan Respublikası Vergilər Nəzirliyinin Tədris Mərkəzi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Vergi inzibatçılığı” fənninin tədris olunduğu nəzərə alınaraq Unuversitetin kitabxanasına və əməkdaşlara dərslik hədiyyə edilib.

Kitab Mərkəzin əməkdaşları Ə.N.Həsənovun, C.A.Mehdiyevin, E.Ə.Hüseynovun, R.B.Məhərrəmovun, Z.A.Babayevin və F.M.Yadigarovun ortaq müəllifliyi ilə ərsəyə gəlib.

Dərslikdə vergi inzibatçılığının iqtisadi mahiyyəti, təşkilati funksiyaları, prinsipləri nəzəri cəhətdən araşdırılıb, Azərbaycan Respublikasında vergi inzibatçılığı sahəsində təcrübi aspektləri vergi qanunvericiliyi çərçivəsində təqdim edilib. Həmçinin vergi qanunvericiliyinin icrasına nəzarət, vergi inzibatçılığının icrasına nəzarət, daxilolmaların və risklərin təhlili, vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu, vergi ödəyicilərinin qeydiyyatı işlərinin təşkili, hüquqi təminat işlərinin təşkili, koordinasiya və kargüzarlıq işlərinin təşkili və digər mövzular əhatə edilib.

372 səhifəlik 2017-ci ildə nəşr edilmiş “Vergi inzibatçılığı” dərsliyini UNEC-in və Tədris Mərkəzinin kitabxanasından əldə edə bilərsiniz.

Mənbə: http://news.unec.edu.az