XƏBƏRLƏR

Vergi cinayətlərinin araşdırılması sahəsində preventiv tədbirlər ixtisas sahəsi üzrə təlim təşkil edilmişdir.

Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması məqsədilə Vergilər Nazirliyinin 14 sentyabr 2018-ci il tarixli əmri ilə 12 sentyabr 2018-ci il tarixdən 2 oktyabr 2018-ci il tarixədək olan müddətdə Vergi cinayətlərinin araşdırılması sahəsində preventiv tədbirlər ixtisas sahəsi üzrə Tədris Mərkəzində ənənəvi təhsil sistemi tətbiq edilməklə ixtisasartırma kursu təşkil edilmişdir.

Təlimə bu sahədə çalışan 10 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.

Tədris-mövzu planına “Kameral və səyyar vergi yoxlaması. Operativ vergi nəzarəti”, “Vergilərin ödənilməsi üzrə ümumi qaydalar (VM-nin 65, 70,74-76, 77-81, 85-89,90, 91 və 93-cü maddələri)”, “Cinayət tərkibi yaradan vergi borcu materiallarının hazırlanması və aidiyyəti üzrə göndərilməsi”, “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməsi və məhdudlaşdırmanın götürülməsi”, “Vergi borclarının alınması məqsədilə görülən preventiv tədbirlərə dair praktikum”, “Vaxtın idarə olunması”, “Vergi ödəyiciləri (sahibkarlarla)  ilə ünsiyyət” mövzuları daxil edilmiş və tədris olunmuşdur.

Təlimə 32 tədris saatı ayrılmışdır.

Vergi cinayətlərinin araşdırılması sahəsində preventiv tədbirlər ixtisas sahəsi üzrə  təlim kursunun sonunda, 2 oktyabr 2018-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 10 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 87,8% olmuşdur.