XƏBƏRLƏR

“Mühasibat uçotunun beynəlxalq standarta uyğunlaşmasının müasir problemləri” mövzusunda seminar keçirilmişdir.

27 sentyabr 2018-ci il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzində “İqtisadiyyat və menecment” kafedrasının seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, kiçik vergi xidməti müşaviri Qalib Tanrıverdiyev “Mühasibat uçotunun beynəlxalq standarta uyğunlaşmasının müasir problemləri” mövzusunda çıxış etmişdir. Seminarda Azərbaycanda mühasibat uçotunun beynəlxalq standarta uyğunlaşdırılmasının zəruriliyi, bu sahədə aparılmış islahatların əsas istiqamətləri təhlil edilmiş və fikir mübadiləsi aparılmışdır. Seminarda mühasibat uçotunun beynəlxalq standarta keçirilməsi ilə bağlı vergitutma məsələləri və vergi qanunvericiliyində dəyişikliklərin aparılması aspektlərinə də toxunulmuşdur. Seminarda çıxış edən Tədris Mərkəzinin əməkdaşları bir daha qeyd etmişlər ki, mühasibat uçotunun aparılmasının təkmilləşdirilməsi bir tərəfdən vergitutma bazasının daha dəqiq müəyyən edilməsinə imkan verir, digər tərəfdən isə vergi orqanları əməkdaşlarının bu sahədə təkmilləşdirilməsi məsələsini ortaya çıxarır.

Mühasibat uçotunun təkmilləşdirilməsi eyni zamanda Tədris Mərkəzində bu istiqamət üzrə tədris olunan mövzuların və təlim- tədris materiallarının təkmilləşdirilməsi məsələlərini də qarşıya qoyur.