Vergilər Nazirliyinin müvafiq əmrləri ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin inzibati binasında 12.09.2018-ci il tarixdən 02.10.2018-ci il tarixədək Departamentin “Vergi cinayətlərinin araşdırılması sahəsi üzrə preventiv tədbirlər” ixtisas (fəaliyyət) sahəsi üzrə, 17.09.2018-ci il tarixdən 30.10.2018-ci il tarixədək “Vergi cinayətlərinin ibtidai istintaq və təhqiqatı” ixtisas sahələri üzrə ənənəvi təhsil sistemi tətbiq edilməklə ixtisasartırma kursları başlamış, 24.09.2018-ci il tarixdən 06.11.2018-ci il tarixinədək “Vergi cinayətlərinin ibtidai istintaq və təhqiqatı” ixtisas sahəsi üzrə növbəti təlimin keçirilməsi nəzərdə tutulur.
“Vergi cinayətlərinin araşdırılması sahəsi üzrə preventiv tədbirlər” ixtisas (fəaliyyət) sahəsi üzrə kursun tədris-mövzu planına “Kameral və səyyar vergi yoxlaması. Operativ vergi nəzarəti”, “Vergilərin ödənilməsi üzrə ümumi qaydalar (VM-nin 65, 70,74-76, 77-81, 85-89,90, 91 və 93-cü maddələri)”, “Cinayət tərkibi yaradan vergi borcu materiallarının hazırlanması və aidiyyəti üzrə göndərilməsi”, “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməsi və məhdudlaşdırmanın götürülməsi” kimi bilik yönümlü mövzular və “Vergi borclarının alınması məqsədilə görülən preventiv tədbirlərə dair praktikum”, “Vaxtın idarə olunması”, “Vergi ödəyiciləri (sahibkarlarla) ilə ünsiyyət” kimi bacarıq yönümlü mövzular, “Vergi cinayətlərinin ibtidai istintaq və təhqiqatı” ixtisas sahələri üzrə kursun tədris-mövzu planına vergi qanunvericiliyi və vergi inzibatçılığı mövzuları ilə yanaşı cinayət və cinayət prossesual qanunvericilikdən, kriminalistikadan bilik yönümlü mövzular, həmçinin “Daşımalar (karqo) üzrə vergidənyayınma risklərin müəyyən edilməsi və onlara vergilərin hesablanması qaydası”, “İstehsal (daş karxanaları) üzrə vergidənyayınma risklərin müəyyən edilməsi və onlara vergilərin hesablanması qaydası”, “Vergidənyayınma mexanizmləri və onların aşkar olunması üsulları”, “Vergi nəzarəti tədbirləri zamanı yol verilən nöqsanlar və onların həlli yolları. Operativ vergi nəzarəti tədbirlərinin rəsmiləşdirilməsi” kimi bacarıq yönümlü mövzular daxil edilmiş və tədrisi nəzərdə tutulmuşdur.
Təlim prosesinə təlimçi qismində Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan hüquqları və ictimayətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi, h.ü.f.d., dosent Malik Səlimov, AMEA-nın Hüquq və İnsan Haqqları İnstitutunun aparıcı elmi işçisi, h.e.d., dosent Nazim Əliyev, BDU-nun “Kriminalistika və Məhkəmə ekspertizası” kafedrasının müdiri, h.e.d., professor Kamil Səlimov və müstəqil ekspert kimi Fəxri Ağayev cəlb edilmişlər.