31 avqust 2018-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzi və ARPA İctimai Birliyi (Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosasiyası) əməkdaşlıq çərçivəsində “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda baş vermiş dəyişikliklərin izahı ilə bağlı növbəti seminar keçirmişdir. Seminarda dinləyici qismində tikinti sahəsində çalışan mühasib və maliyyə üzrə mütəxəssislər iştirak etmişdir.
Seminarda Bakı Mühəndislik Universiteti Mühasibat Uçotu və Audit kafedrasının müdiri Firudin Sultanov mövzu üzrə təqdimatla çıxış etmişdir. Seminarın sonunda iştirakçıların sualları təqdimatçı və Tədris Mərkəzinin əməkdaşları İqtisadiyyat və menecment kafedrasının dosenti Qalib Tanrıverdiyev, Vergi metodologiyası kafedrasının dosenti Rəşad Əhmədov tərəfindən cavablandırılmışdır.