XƏBƏRLƏR

2-6 iyul tarixlərində Gənclərin peşə hazırlığı layihəsi çərivəsində “Yay Məktəbi” təşkil edilmişdir.

   Cari ilin 2-6 iyul tarixlərində Vergilər Nazirliyinin Tədris Mərkəzinin Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən inzibati binasında Gənclərin peşə hazırlığı layihəsi çərivəsində “Yay Məktəbi” təşkil edilmişdir. 5 gün davam edən “Yay Məktəbi”ndə Azərbaycan Dövlət İqtisad, Azərbaycan və Kooperasiya Universitetlərinin tələbələri iştirak etmişdir. Proqram boyu iştirakçılara Vergi Məcəlləsinə dair praktiki biliklər, büdcə sistemi, vergi daxilolmalarının dövlət büdcəsinin gəlirlərinə təsiri mexanizmləri haqqında biliklər, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi qaydaları, vergi və mühasibat uçotu, hüququn anlayışı, hüquq normaları, hüquq sistemləri və dövlətlə hüququn qarşılıqlı əlaqəsi haqqında ilkin anlayışlar,Vergi orqanlarında işə qəbul və xidmətkeçmə qaydaları, komanda qurmaq bacarığı, işə qəbul zamanı müsahibələrdə davranış qaydaları kimi mövzular tədris edilmişdir.

   Dərslərlə yanaşı iştirakçılar üçün Şamaxı rayonunda yerləşən Çuxuryurd gölünə, Şamaxı Astrofizika Rəsədxanasına, tarixi Dəmirçi kəndinə turistik səfərlər təşkil edilmişdir.

   Tədbir zamanı gənclər üçün intellektual və əyləncəli oyunlar keçirilmiş, qaliblərə və digər iştirakçılara müxtəlif mükafatlar təqdim edilmişdir. Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilmişdir.

   Növbəti “Yay məktəbi”nin iyul ayının sonlarında təşkil edilməsi nəzərdə tutulmuşdur.

   Növbəti “Yay məktəbi”ndə iştirak etmək üçün qeydiyyat linki: https://goo.gl/forms/mfGNP1zrA8NXUqN33

“Yay məktəbi”nin Facebook səhifəsi: https://www.facebook.com/tedrismerkezi.yaymektebi/

“Yay məktəbi”nin e-mail ünvanı: vntm.yaymektebi@gmail.com

Əlavə məlumat üçün (+99412) 403-88-79 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.