XƏBƏRLƏR

Vergillər Nazirliyi Tədris Mərkəzinin əməkdaşı UNEC Tədqiqat Fondu “Helios” adlı müsabiqənin qalibi olmuşdur

28 iyun 2018-ci il tarixində Vergilər Nazirliyi Tədris Mərkəzinin İqtisadiyyat və Menecment kafedrasının müəllimi 3-cü dərəcəli müfəttiş Aqşin Əliyev UNEC Tədqiqat Fondu tərəfindən keçirilən “Helios” adlı qrant layihəsinin qalibi olmuşdur.

Məlumat üçün bildirmək istərdik ki, yunan dilindən “Günəş” kimi tərcümə olunan “Helios” siyasət və beynəlxalq iqtisadi əlaqələrlə maraqlanan perspektivli gənc tədqiqatçıların müəyyən mövzular ətrafında konsentrasiya olunması üçün yaradılmış və onların elm və karyera sahəsində bilik və təcrübə qazanmaq məqsədini özündə ehtiva edir. Belə ki, müsabiqə çərçivəsində seçilmiş tədqiqat işləri məqalələr toplusunda dərc olunmaqla yanaşı, eyni zamanda 3 ən maraqlı iş müəllifinin UNEC Tədqiqat Fondu tərəfindən 500 manat məbləğində mükafatlandırılması da nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, “Helios” layihəsi çərçivəsində Vergilər Nazirliyinin əməkdaşı, gənc tədqiqatçı Aqşin Əliyevin tədqiqat mövzusu Avropa İttifaqının enerji təhlükəsizliyinə başlıca təhdidlər probleminə yönəlmişdir. İlkin mərhələdə 30 gənc arasında keçirilən müsabiqənin birinci mərhələsindən uğurla keçdikdən sonra Aqşin Əliyev ikinci mərhələ-debatlara dəvət olunmuşdur. Debatlar zamanı Avropanın enerji təhlükəsizliyə olan təhdidlər, Avropa İttifaqının Rusiya qazıından asılılığının qiymətləndirilməsi, alternativ enerji mənbələrin tapılması, transit ölkə kimi Türkiyə marşrutunun seçilməsi və nəhayət “Cənub Qaz Dəhlizi” enerji layihəsində Azərbaycanın geosiyasi və geoiqtisadi rolundan bəhs edən maraqlı diskussiyalarda iştirak etmişdir.

Debatlar zamanı tədqiqat yazısı özünün aktuallığı, işlənmə səviyyəsi, məlumat bazası və analitik təhlillərin keyfiyyətinə görə kuratorlar tərəfindən yüksək qiymətləndirilmiş və Aqşin Əliyev UNEC Tədqiqat Fondunun Prezidenti Fərhad Əmirbəyov tərəfindən mükafatla təltif olunmuşdur.