Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda təlimin keçirilməsi barədə 16 mart 2018-ci il tarixli əmri ilə Tədris Mərkəzində 27 mart 2018-ci il tarixdən 8 may 2018-ci il tarixədək olan müddətdə dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə təlim təşkil edilmişdir.
Təlimə 24 nəfər stajçı əməkdaş cəlb edilmişdir.
Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, vergi inzibatçılığının tətbiqinin sahə xüsusiyyətləri (bəyannamələrin kameral yoxlanması və vergi auditi sahələri üzrə vergi inzibatçılığı), ümumiqtisadi mövzular, milli mühasibat uçotu, idarəetmə sahəsi üzrə mövzular, “Microsoft Office” proqramları, hüquqi mövzular, vergi orqanlarında xidmətkeçmə, AVİS-in alt sistemindən istifadə qaydaları ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə 200 tədris saatı ayrılmışdır. Bunun 164 saatı (82%) Tədris Mərkəzinin əməkdaşları, 36 saatı (18%) isə Vergilər Nazirliyinin və aidiyyəti strukturların əməkdaşları tərəfində tədris edilmişdir.
Kursun yekunu üzrə, 11 may 2018-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.
Müqayisə üçün bildiririk ki, “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə 2018-ci ilin əvvəlki dövründə keçirilmiş imtahanla müqayisədə qrupun yekun qiymətləndirmə üzrə orta nəticəsi +1.0 bənd olmuşdur.