Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi gənclərin karyera hazırlığının təşkili, iqtisadiyyat və vergi sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması,potensiallı gənclərin vergi orqanlarında işləməyə həvəsləndirilməsi və asudə vaxtın səmərəli təşkil edilməsi məqsədilə Yay Məktəbləri təşkil edir.
Yay Məktəblərinin cari ilin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulmuşdur. Proqram 5-10 gün müddətində davam edəcək və sonda iştirakçılara Tədris Mərkəzinin sertifikatları veriləcəkdir.
Yay Məktəbi proqramına daxildir:
Proqram boyu Vergi Məcəlləsinə dair praktiki biliklər, Büdcə sistemi, vergi daxilolmalarının dövlət büdcəsinin gəlirlərinə təsiri mexanizmləri haqqında biliklər, Hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi qaydaları, Vergi və mühasibat uçotu,Hüququn anlayışı, hüquq normaları, hüquq sistemləri və dövlətlə hüququn qarşılıqlı əlaqəsi haqqında ilkin anlayışlar, Vergi orqanlarında işə qəbul və xidmətkeçmə qaydaları, Komanda qurmaq bacarığı, İşə qəbul zamanı müsahibələrdə davranış qaydaları kimi mövzular tədris ediləcəkdir.
Əlavə məlumat üçün (+99412) 403-88-79 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.