XƏBƏRLƏR

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası arasında müqavilə imzalanıb

28 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında əməkdaşlığa dair Müqavilə imzalanıb. Müqaviləni Tədris Mərkəzi adından Mərkəzin rəisi Fərhad Əmirbəyov ARPA  adından Müşahidə Şurasının sədri Rüfət Mahmud imzalayıb.

Bu müqavilə Tərəflər arasında təlim və imtahanların keçirliməsi, mütəxəssislərin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və  inkişafı məqsədi ilə imzalanıb.

Müqavilədə göstərilən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı işləri əlaqələndirmək məqsədilə Tərəflərin hər birini təmsil edən bir nəfər əlaqələndirici məsul şəxsin təyin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ARPA ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. Hal-hazırda ARPA-nın 1000-dən çox  fərdi, 12  korporativ üzvü vardır.