XƏBƏRLƏR

“Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda təlim keçirilmişdir

Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda təlimin keçirilməsi barədə 15 yanvar 2018-ci il tarixli əmri ilə Tədris Mərkəzində 18 yanvar 2018-ci il tarixdən 6 mart 2018-ci il tarixədək olan müddətdə dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə  təlimlər təşkil edilmişdir.

Təlimlərə 20 nəfər stajçı əməkdaş cəlb edilmişdir.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, vergi inzibatçılığının tətbiqinin sahə xüsusiyyətləri (bəyannamələrin kameral yoxlanması və vergi auditi sahələri üzrə vergi inzibatçılığı), ümumiqtisadi mövzular, milli mühasibat uçotu, idarəetmə sahəsi üzrə mövzular, “Microsoft Office” proqramları, hüquqi mövzular, vergi orqanlarında xidmətkeçmə, AVİS-in alt sistemindən istifadə qaydaları ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə 200 tədris saatı ayrılmışdır. Bunun 164 saatı (82%) Tədris Mərkəzinin əməkdaşları, 36 saatı (18%) isə Vergilər Nazirliyinin və aidiyyəti strukturların əməkdaşları tərəfində tədris edilmişdir.

Kursun yekunu üzrə, 15 mart 2018-ci il tarixdə AVİS-də real vaxt rejimdə test üsulu ilə imtahan keçirilmişdir.

Qrupun ilkin sınaq qiymətləndirməsi üzrə orta nəticəsi 65,0%, yekun qiymətləndirmə üzrə orta nəticəsi 76,0%, ümumilikdə artım fərqi +11,0 bənd olmuşdur.