Vergilər Nazirliyinin 4 dekabr 2017-ci il tarixli nömrəli əmri ilə 14 dekabr 2017-ci il tarixdən 22 dekabr 2017-ci il tarixədək olan müddətdə “Hüquqi təminat işlərinin təşkili” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.
Təlimdə hüquqi təminat işlərinin təşkili sahəsində çalışan 7 nəfər əməkdaş iştirak etmişdir.
Təlimin sonunda, 22 dekabr 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.
Qrup üzrə yekun nəticə 81,6% olmuşdur.
İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 2 nəfər 1-ci dərəcəli, 1 nəfər 2-ci dərəcəli, 3 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.
Bir nəfər əməkdaş isə imtahandan “qeyri-kafi” qiymət almışdır.