Vergilər Nazirliyinin 13 noyabr 2017-ci il tarixli əmri ilə 14 noyabr 2017-ci il tarixdən 22 noyabr 2017-ci il tarixədək olan müddətdə “Bəyannamələrin, daxilolmaların və risklərin təhlili” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.
Təlimə vergi öhdəliklərinin icrasına nəzarət sahəsində çalışan 10 nəfər əməkdaş cəlb edilsə də, təlimdə 9 nəfər iştirak etmişdir.
Təlimlər 7 gün davam etmişdir.
Təlimin sonunda, 22 noyabr 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmiş və imtahanda 9 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.
Qrup üzrə yekun nəticə 75,9% olmuşdur.
İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 7 nəfər 2-ci dərəcəli, 2 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.