XƏBƏRLƏR

“Vergi ödəyicilərinin uçotu işlərinin təşkili” sahəsi üzrə sertifikatlaşdırma təlimi keçirilmişdir

Vergilər Nazirliyinin 13 noyabr 2017-ci il tarixli əmri ilə 15 noyabr 2017-ci il tarixdən 22 noyabr 2017-ci il tarixədək olan müddətdə “Vergi ödəyicilərinin uçotu işlərinin təşkili” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.

Təlimə vergi öhdəliklərinin icrasına nəzarət sahəsində çalışan 12 nəfər əməkdaş cəlb edilsə də, təlimdə 11 nəfər iştirak etmişdir.

Təlimlər 6 gün davam etmişdir.  

Təlimin sonunda, 22 noyabr 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmiş və imtahanda 11 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 83,6% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 9 nəfər 2-ci dərəcəli, 1 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.