Vergilər Nazirliyinin 13 noyabr 2017-ci il tarixli əmri ilə vergi orqanları əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə dövlət vergi orqanlarının əməkdaşları üçün 15 noyabr 2017-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində “DTA formalarının tətbiqi” mövzusunda təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd vergi orqanları əməkdaşlarının idarəetmə sahəsində daha müasir biliklərə və innovativ metodlara yiyələnməsi olub.
Təlimdə təlimçi qismində Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Beynəlxalq əməkdaşlıq idarəsinin Beynəlxalq vergitutma şöbəsinin böyük dövlət vergi müfəttişi Emil Həsənov və dinləyici qismində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Çağrı Mərkəzi Departamentinin, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin, 2, 11 və 12 saylı Ərazi Vergilər Departamentlərinin, 3, 4, 5, 6, 8, 9, 10, 13 və 14 saylı Ərazi Vergilər İdarələrinin, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı, Xocavənd, Zəngilan və Ağdam rayon Vergilər Şöbələrinin əməkdaşları iştirak edib.
Təlimdə “AVİS-də DTA formaları ilə tanışlıq, ümumi prosesin gedişi” və “DTA formalarının icrası zamanı yaranan aktual məsələlər” kimi mövzular təqdim edilib.
Təlimin sonunda yaranmış suallar ətrafında geniş müzakirlər aparılıb.
Təlimçi Emil Həsənovun mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarığı və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilib.