XƏBƏRLƏR

“Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsi üzrə sertifikatlaşdırma təlimi keçirilmişdir

Vergilər Nazirliyinin 3 noyabr 2017-ci il tarixli əmri ilə 3 noyabr 2017-ci il tarixdən 14 noyabr 2017-ci il tarixədək olan müddətdə “Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.

Təlimə vergi öhdəliklərinin icrasına nəzarət sahəsində çalışan 19 nəfər əməkdaş cəlb edilsə də, təlimdə 17 nəfər iştirak etmişdir.

Təlimlər 7 gün davam etmişdir.  

Təlimin sonunda, 14 noyabr 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmiş və imtahanda 17 nəfər dövlət vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 78,9% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 4 nəfər 2-ci dərəcəli, 9 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.