XƏBƏRLƏR

“Vergi qanunvericiliyinin icrasına nəzarət” sahəsi üzrə sertifikatlaşdırma təlimi keçirilmişdir

Vergilər Nazirliyinin 31 oktyabr 2017-ci il tarixli əmri ilə 1 noyabr 2017-ci il tarixdən 14 noyabr 2017-ci il tarixədək olan müddətdə “Vergi qanunvericiliyinin icrasına nəzarət” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.

Təlimə vergi öhdəliklərinin icrasına nəzarət sahəsində çalışan 16 nəfər əməkdaş cəlb edilsə də, təlimdə 12 nəfər iştirak etmişdir.

Təlimlər 9 gün davam etmişdir.  

Təlimin sonunda, 14 noyabr 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmiş və imtahanda 11 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 85,3% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 4 nəfər 1-ci dərəcəli, 4 nəfər 2-ci dərəcəli, 3 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.