XƏBƏRLƏR

14 noyabr 2017-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində "Beynəlxalq maliyyə uçotunun əsasları: gəlirlər və əsas vəsaitlərin uçotu" mövzusunda təlim keçirilmişdir

Təlimdə təlimçi qismində “Ernst & Young Azərbaycan” şirkətinin  Audit  üzrə  menecerləri  Kamran Səfərəliyev və Emil Mahmudzadə iştirak etmişdir.

“Ernst and Young” şirkətinin  əsası 1989 cu ildə qoyulmuş və mərkəzi Londonda yerləşən audit və konsaltinq üzrə ixtisaslaşmış təşkilatdır. Hazırda təşkilatın 150 ölkədə 728 ofisi mövcuddur. Audit sahəsində “Böyük dördlük” (Big Four) qrupuna daxildir (PricewaterhouseCoopers, Deloitte, Ernst & Young, KPMG). Bu təşkilat  həmçinin vergi auditi sahəsində böyük təcrübəyə malikdir (xüsusilə beynəlxalq maliyyə hesabatları İFRS, beynəlxalq mühasibat uçotu standartları və.s).

Təlimdə Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin,  Vergilər Nazirliyinin Tədris Mərkəzinin,  Ərazi vergi orqanlarının əməkdaşları iştirak etmişlər.

Təlimi giriş sözü ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov açaraq təlimin əhəmiyyətindən, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Vergilər Nazirliyinin strateji hədəflərindən, prioritet istiqamətlərindən danışdı.

Təlim iştirakçılarla tanışlıqla başladı. Daha sonra təlimçilər tərəfindən Maliyyə uçotuna giriş, Əsas maliyyə uçotu prinsipləri, Maliyyə hesabatları, Əsas vəsaitlər və onların tanınması, Köhnəlmə və dəyərsizləşmə, Xaric etmə və yenidən qiymətləndirmə kimi mövzular haqqında məlumatlar verildi.Təlim zamanı Beynəlxalq Maliyyə Standartı, Beynəlxalq Mühasibat Uçotu Standartları ətrafında geniş müzakirə edildi.

Yekunda iştirakçılar tərəfindən verilən suallar Kamran Səfərəliyev və Emil Mahmudzadə tərəfindən cavablandırıldı.