XƏBƏRLƏR

Hüquqi təminat işlərinin təşkili” sahəsi üzrə sertifikatlaşdırma təlimi keçirilmişdir

Vergilər Nazirliyinin 27 oktyabr 2017-ci il tarixli əmri ilə 30 oktyabr 2017-ci il tarixdən 7 noyabr 2017-ci il tarixədək olan müddətdə “Hüquqi təminat işlərinin təşkili” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.

Təlimə hüquqi təminat işlərinin təşkili sahəsində çalışan 12 nəfər əməkdaş cəlb edilsə də, təlimdə 11 nəfər iştirak etmişdir.

Təlim 7 gün davam etmişdir.  

Təlimin sonunda, 7 noyabr 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmiş və imtahanda 11 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 87,5% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 4 nəfər 1-ci dərəcəli, 3 nəfər 2-ci dərəcəli, 3 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.

Keçirilən imtahandan bir nəfər əməkdaş “qeyri-kafi” qiymət almışdır.