XƏBƏRLƏR

Tədris Mərkəzində Gənclər üçün növbəti tədbir

3 noyabr tarixindən etibarən Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Şamaxı rayonu Nağaraxana kəndində yerləşən Tədris Mərkəzində keçirilən Binəqədi Gənclərinin III Liderlik Məclisi təşkil olunmuşdur.
Açılış mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov , Vergilər Nazirliyinin Tədris Mərkəzin rəisinin birinci müavini Ceyhun Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış etmişdir.
Tədbir 5 noyabr tarixində yekunlaşmışdır.

Tədbir boyu gənc iştirakçılar üçün müxtəlif mövzulu təlimlər, tarixi və turistik məkanlara ekskursiyalar, müxtəlif növ əyləncəli, intellektual oyunlar təşkil edilmişdir.

Tədbirin sonunda gələcək əməkdaşlığa dair Vergilər Nazirliyinin Tədris Mərkəzi və Binəqədi Rayon İcra Hakimiyyəti arasında müqavilə bağlanılmışdır. Əməkdaşlığa dair Memorandumu Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən Mərkəzin rəisi Əli Həsənov, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva imzalamışdır.