XƏBƏRLƏR

Vergilər Nazirliyinin Tədris Mərkəzində “Könüllülər Parlamenti Azərbaycan- 2017” layihəsi təşkil edilmişdir

Oktyabrın 26-dan 29-dək Vergilər Nazirliyinin Tədris Mərkəzində  “Könüllülər Parlamenti Azərbaycan- 2017” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Vergilər Nazirliyinin Tədris Mərkəzinin tərəfdaşlığı ilə gənclərin  siyasi analiz bacarıqlarını inkişaf etdirmək məqsədilə 4 günlük təlimlər təşkil edilib.

Layihənin əsas məqsədi gənclərin siyasi biliklərinin hərtərəfli inkişafına təkan vermək və vətəndaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaqdan ibarətdir. Azərbaycan Respublikası Milli Məclisinin simulyasiyası əsasında təşkil olunan layihədə iştirakçılar müxtəlif mövzular ətrafında müzakirələr apararaq siyasi analiz bacarıqlarını göstərmək üçün imkanı qazanıblar.

“Könüllülər Parlamenti Azərbaycan-2017” layihəsinə qəbul 3 mərhələdən ibarət olub. Hər 3 mərhələni uğurla tamamlayan gənclər  Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində keçirilən Milli Məclisin simulyasiyasının 4 günlük sessiyalarında iştirak etmək hüququ qazanıblar.

Tədbir zamanı iştirakçılar yalnız simulyasiya ilə kifayətlənməyib, bir neçə sosial aksiyalarda da iştirak ediblər.

Tədris Mərkəzi ilə ümumi tanışlıqdan sonra Parlamentin müxtəlif komitələrinin  simulyasıyasının təqdimatında qanun layihələrinin müzakirələri keçirilib, oyunlar təşkil edilib.