XƏBƏRLƏR

“Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsi üzrə sertifikatlaşdırma təlimi keçirilmişdir.

Vergilər Nazirliyinin 10 oktyabr 2017-ci il tarixli əmri ilə 11 oktyabr 2017-ci il tarixdən 19 oktyabr 2017-ci il tarixədək olan müddətdə “Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.

Təlimə vergi öhdəliklərinin icrasına nəzarət sahəsində çalışan 15 nəfər əməkdaş cəlb edilsə də, təlimdə 12 nəfər iştirak etmişdir.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Xüsusi rejimli vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi Şahverdiyev Natiq Maarif oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəhbəri Kamilov Vüsal Ənvər oğlu və 2 saylı Ərazi Vergilər Departamentinin Regional gəlirlər idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Abışov Faiq Aydın oğlu təlim prosesində iştirak etməmişlər.

Təlimlər 7 gün davam etmişdir.  

Təlimin sonunda, 19 oktyabr 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmiş və imtahanda 12 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 83,38% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 1 nəfər 1-ci dərəcəli, 3 nəfər 2-ci dərəcəli, 3 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin İri vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin böyük dövlət vergi müfəttişi Nəcəfzadə Qiyas Ələmdar oğlu sertifikatlaşdırma imtahanlarında 100% nəticə göstərərək 1-ci dərəcəli sertifikat almışdır.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Xüsusi rejimli vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin baş dövlət vergi müfəttişi Əliyev Elşən Ədalət oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin böyük dövlət vergi müfəttişi Kazımov Samir Ələfsər oğlu, 2 saylı Ərazi Vergilər Departamentinin Kiçik sahibkarlıqla iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mirzəyev Nazim adil oğlu, 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin rəhbəri Vəzirov Sakit Sedgül oğlu və 6 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Əliyev Kamran Taryel oğlu imtahandan “qeyri-kafi” qiymət almışlar.