XƏBƏRLƏR

Bakı Dövlət Universitetinin “Sabah” qrupunun tələblərinin Vergilər Nazirliyinin Tədris Mərkəzinə tanışlıq səfəri təşkil edilmişdir

14 oktyabr 2017-ci il tarixdə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinin II kurs “Sabah” qrupunun tələblərinin Vergilər Nazirliyinin Tədris Mərkəzinə tanışlıq səfəri təşkil edilmişdir. Tədbir çərçivəsində  tələbələr Mərkəzin strukturu, dinləyicilər  üçün yaradılan şəraitlə tanış olmuş, Vergilər Nazirliyində təhsilin təşkili  barədə məlumatlandırılmışlar.

Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərov “Azərbaycan Respublikasının vergi sisteminin formalaşması və inkişaf tarixi, müasir vəziyyəti və gələcək inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edib.

Tədbir Almaniyanın Martin Luter adına Halle-Vittenberg Universitetinin yuniorprofessoru, hüquq doktoru Azər Əliyevin “Blokçeyn texnologiyalarının gələcək perspektivləri” mövzusunda təqdimatı ilə davam edib.

Görüşün sonunda iqtisadiyyatın  hüquqi  tənzimlənməsi məsələləri  barədə açıq müzakirələr aparılıb, Almaniya və Azərbaycan təcrübələrinin müqayisəsi diqqətə çatdırılıb.