13 oktyabr 2017-ci il tarixdə dövlət vergi orqanlarının əməkdaşları üçün Vergilər Nazirliyinin Tədris Mərkəzində “Biznes etiketi” mövzusunda qısamüddətli təlim keçirilib.
Tədris Mərkəzinin rəisi Əli Həsənov təlimçiləri və iştirakçıları təqdim etdikdən, təlimin əhəmiyyətindən və gözləntilərdən danışdıqdan sonra təlimi açıq elan edib.
Təlimdə təlimçi qismində Vergilər nazirinin katiblik məsələləri üzrə müşavir xidməti şöbəsinin direktorunun müavini Zeynəb Qurbanova, dinləyici qismində Nazirliyin Mərkəzi Aparatının, Vergi siyasəti və strateji araşdırmalar departamentinin, Daxili təhlükəsizlik departamentinin, Vergi risklərinin təhlili və nəzarəti departamentinin, Hüquq departamentinin, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin, Ərazi vergi orqanları ilə iş üzrə departamentin, Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin, Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin, Əlaqələndirmə və idarəetmə departamentinin, İnsan resursları departamentinin, Mediya və kommunikasiya Mərkəzinin, İnformasiya Texnologiyaları Mərkəzinin, Xüsusi işlər üzrə şöbənin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinin, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin və Vergilər Nazirliyinin Tədris Mərkəzinin vəzifəli şəxsləri iştirak edib.
Təlimin birinci hissəsində təlimçi Protokol və "etiket” anlayışları və onların tarixi barədə, Protokol və etiketin zəruriliyi, Biznes etiketi, müasir dünyada onun əhəmiyyəti barədə danışıb, davranış etiketi ilə bağlı qrup işləri aparıb, dövlət vergi orqanlarında işgüzar Protokol, tədbirlərin təşkili zamanı Protokol - daxili görüşlər və kənar qonaqların iştirakı ilə keçirilən görüşlərdə Protokolun müxtəlif elementlərinin tətbiqi "Sorğu vərəqəsi" barədə dinləyiciləri məlumatlandırıb və işgüzar oyunlar keçirib.
Təlimin ikinci hissəsində Etiket oyunu - Tanışlıq və Təqdimetmə, qarşılama və salamlaşma etiketi, müraciət etmə, ünsiyyət, ilkin təəssürat, vizit kartlarının mübadiləsi Netiket (elektron ünsiyyət zamanı onlayn etiket) qaydaları barədə məlumatlar verib.
Sonda “Case study” (İşgüzar mühitdən praktiki nümunə) təlim metodu tətbiq edərək təlimi yekunlaşdırıb.
Təlimçi Zeynəb Qurbanova tərəfindən mövzuları təqdim etmək, sualları cavablandırmaq, qrup oyunları, işgüzar oyunların təşkili, auditoriyanı idarəetmə bacarıqları və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilib.