13 oktyabr 2017-ci il tarixdə dövlət vergi orqanlarının əməkdaşları üçün Vergilər Nazirliyinin Tədris Mərkəzində “Effektiv ünsiyyət” mövzusunda qısamüddətli təlim keçirilib.
Təlimdə təlimçi qismində HRM üzrә Beynәlxalq Ekspert vә İdarәetmә üzrә Mәslәhәtçi Gülzar Quliyeva, dinləyici qismində Nazirliyin Mərkəzi Aparatının, Hüquq departamentinin, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin, Vergilər Nazirliyinin Tədris Mərkəzinin, 3, 4, 5 və 11 saylı Ərazi Vergilər İdarələrinin əməkdaşları (idarə rəhbərləri, idarə rəhbərlərinin müavinləri, şöbə və bölmə rəhbərləri) iştirak edib.
Təlimin birinci hissəsində “Ünsiyyət anlayışı, ünsiyyət vasitələri, ünsiyyət modelləri”, “Ünsiyyət və süzgəclər (filtrlər)”, “Münasibət və ünsiyyət”, “Komplekslər, yalnış inamlar, qəbul etdiklərimiz və onların ünsiyyətə təsiri”, “Diqqət və onun ünsiyyətdə nəzərə alınması”, “İnsanlar necə ünsiyyət qurur: söz, səs, vücud dili”, “Aqressiv, passiv və müti ünsiyyət”, “Emosiyalara ehtiyac və onun ünsiyyətdə nəzərə alınması” mövzuları təlim iştirakçılarının diqqətinə çatdırılmış, müxtəlif filmlərə baxılmış və müzakirələr aparılmışdır. Müzakirələrin sonunda təlim iştirakçılarına fərdi və qrup tapşırıqları verilib.
Təlimin ikinci hissəsində “Ünsiyyəti zəiflədən və qadağa qoyulmuş ifadələr”, “Ünsiyyəti gücləndirən ifadələr”, “Zəif dinləmə və səbəbləri”, “Cohari pəncərəsi”, “Qurucu tənqid və onun düzgün istifadəsi”, “Kişi və qadın: ünsiyyət fərqləri və səbəbləri” müzakirə edilmiş, sonda təlim iştirakçılarına qrup tapşırıqları verilib.
Təlimçi Gülzar Quliyeva tərəfindən mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarıqları və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilib.