XƏBƏRLƏR

“Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” mövzusunda təlim

20 may 2016-cı il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzində dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün “Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” mövzusunda təlim təşkil edilmişdir. Təlimdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və bu sahədə vergi orqanları qarşısında duran vəzifələr, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın tətbiqi məsələləri, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Vergi Məcəlləsində maraqlar toqquşması və məlumat azadlığı məsələləri ilə bağlı ayrı-ayrı halların təhlili, maraqların toqquşmasının qarşısının alınması mövzularında müzakirələr aparılmışdır.