XƏBƏRLƏR

“Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsi üzrə sertifikatlaşdırma təlimi keçirilmişdir.

Vergilər Nazirliyinin 29 sentyabr 2017-ci il tarixli əmri ilə 3 oktyabr 2017-ci il tarixdən 11 oktyabr 2017-ci il tarixədək olan müddətdə “Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.

Təlimə vergi öhdəliklərinin icrasına nəzarət sahəsində çalışan 20 nəfər əməkdaş cəlb edilsə də, təlimdə 18 nəfər iştirak etmişdir.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Xüsusi rejimli vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin böyük dövlət vergi müfəttişi Mikayılov Səbuhi Allahverdi oğlu və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin rəhbəri Qasımov Əbülfəs Natiq oğlu üzrsüz səbəbdən təlim prosesində iştirak etməmişdir.

Təlimlər 6 gün davam etmişdir.  

Təlimin sonunda, 11 oktyabr 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmiş və imtahanda 18 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 74,7% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 2 nəfər 2-ci dərəcəli, 11 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İstehsal fəaliyyəti ilə məşğul olanvergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini Şərifov Mərdan Cahangir oğlu, həmin şöbənin 2-ci bölməsinin böyük dövlət vergi müfəttişi Camalov Nazim Atdxan oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin İstehsal fəaliyyəti ilə məşğul olanvergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi Novruzov Yusif Vaqif oğlu, 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin dövlət vergi müfəttişi Mirzəyev Samir Mirzəkərim oğlu və 12 saylı Ərazi Vergilər Departamentinin Regional gəlirlər idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Əliyev Elmir Namaz oğlu imtahandan “qeyri-kafi” qiymət almışlar.