Vergilər Nazirliyinin 29 sentyabr 2017-ci il tarixli əmri ilə 4 oktyabr 2017-ci il tarixdən 11 oktyabr 2017-ci il tarixədək olan müddətdə “Vergi cinayətlərinin araşdırılması sahəsi üzrə əməliyyat-axtarış fəaliyyəti” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.
Təlimə vergi cinayətlərinin araşdırılması sahəsi üzrə əməliyyat-axtarış fəaliyyəti sahəsində çalışan 13 nəfər əməkdaş cəlb edilmişdir.
Təlimlər 6 gün davam etmişdir.
Təlimin ilk 4 günü Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən dəvət edilmiş Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov tərəfindən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin inzibati binasında, son iki günü isə Tədris Mərkəzində keçirilmişdir. Təlimdə Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinin baş direktoru Xəqani İsgəndərov və Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov iştirak etmişlər.
Təlimin sonunda, 11 oktyabr 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmiş və imtahanda 13 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.
Qrup üzrə yekun nəticə 79,14% olmuşdur.
İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 3 nəfər 1-ci dərəcəli, 5 nəfər 2-ci dərəcəli sertifikat almışdır.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Əməliyyat idarəsinin 1-ci şöbəsinin rəisi Əliyev Kənan Fəxrəddin oğlu, həmin şöbənin böyük əməliyyat müvəkkili Fərəcov Elvin Vahid oğlu və 4-cü şöbənin böyük əməliyyat müvəkkili Xəlilli Rüfət Elxan oğlu imtahanda yükcək nəticə göstərərk 1-ci dərəcəli sertifikata layiq görülmüşlər.
Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin 1-ci şöbəsinin rəhbəri Allahyarov Ayxan Hüseyn oğlu, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Əməliyyat idarəsinin 2-ci şöbəsinin əməliyyat müvəkkili Tağıyev Nicat Sahib oğlu, 3-cü şöbəsinin rəisi Nəsrullayev Sabir İlayət oğlu, həmin şöbənin baş əməliyyat müvəkkili Allahverdiyev Samir Şahvələd oğlu və böyük əməliyyat müvəkkili Səfərov Ceyhun Qürbət oğlu imtahandan “qeyri-kafi” qiymət almışlar.